Vakansiya haqqında
Əsas vəzifələr
Portfelə daxil olan korporativ müştərilərə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin satışı
Portfel üzrə yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması
Mövcud korporativ müştərilərdən əldə olunan gəlirin artırılması, onlarla yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi və aktiv şəkildə yeni satış imkanlarının axtarılması
B2B Satış planına uyğun olaraq portfel üzrə rüblük, aylıq və illik satış hədəflərinə nail olunması
Portfeldəki mövcud korporativ müştərilərin gəlir analizinin müvafiq hesabatlar (gündəlik, həftəlik və aylıq) vasitəsilə aparılması və izlənilməsi
Bazarda rəqiblərin fəaliyyətinin təhlil edilməsi
Korporativ müştərilərin fəaliyyəti haqqında müvafiq məlumatların toplanması, bu məlumatların məxfiliyinin təmin olunması və mütəmadi olaraq yoxlanılması
Portfelə daxil olan Azercell-in korporativ müştərilərinə korporativ xidmətlər, məhsullar və həllər barədə uyğun məsləhətlərin verilməsi
Azercell-in korporativ xidmətləri, məhsulları və həlləri ilə bağlı korporativ müştərilərin təklif və şikayətlərinin toplanması və müvafiq şöbələrə çatdırılması
Portfelə daxil olan mövcud və potensial korporativ müştərilər tərəfindən elan olunan müvafiq tenderlərdə iştirak edilməsi və tender və biznes tələblərinə uyğun şəkildə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin təklif edilməsi
Azercell-in korporativ müştəriləri ilə sağlam və səmimi münasibətlərin qurulması və inkişaf etdirilməsi
Azercell-in korporativ müştəriləri ilə danışıqların və müzakirələrin aparılması
Tələblər
Biznes, Marketinq, Kommersiya, Strategiya və ya İqtisadiyyatla bağlı ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi
Korporativ satış sahəsində 5 illik iş təcrübəsi. Telekom sahəsində təcrübə üstünlükdür
Azərbaycan və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarıqları – sərbəst səviyyə; İngilis dilində yazılı və şifahi bacarıqlar
İnformasiya texnologiyaları və Telekom məhsulları və həlləri, həmçinin ən son trendlər barədə sübut olunmuş texnoloji bilik və məlumatlılıq
MS Office və onun funksionallıqları üzrə yaxşı biliklər
Statistik analiz proqramları və alətlərindən istifadə təcrübəsi
Müştəri Münasibətlərinin İdarə Edilməsi (CRM) platformalarının satışla bağlı modulları üzrə yaxşı bilik
ERP (Enterprise Resource Planning) platformaları üzrə yaxşı bilik
Lead generation, hesabların idarə edilməsi, portfelin idarə olunması və müqavilələrin bağlanması da daxil olmaqla korporativ satış prosesləri üzrə təcrübə
Biznes göstəriciləri (KPİ-lər) haqqında güclü anlayış və büdcə idarəetmə bacarığı
Layihələri icra etmək bacarığı
Danışıqlar aparmaq bacarığı
B kateqoriyası sürücülük vəsiqəsi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
