Vakansiya haqqında
Əsas vəzifələr
Mexaniki qurğular, fırlanan və statik avadanlıqlar, kompressorlar və s üzrə planlı və qeyri-planlı mexaniki inspeksiyalar aparmaq
Mexaniki avadanlıqlar üçün Risk Əsaslı İnspeksiya (RBI) metodologiyasının tətbiqini təmin etmək və risk səviyyələrini müəyyən etmək
Ölçmə, test və NDT (UTİ, MPİ və s.) nəticələrini analiz edərək avadanlıqların real texniki vəziyyətini qiymətləndirmək
Aşkar edilmiş qüsurlar, aşınmalar və uyğunsuzluqlar üzrə texniki rəy və tövsiyələr hazırlamaq
RCM (Reliability Centered Maintenance) və RAM (Reliability, Availability, Maintainability) yanaşmalarının mexaniki aktivlər üzrə tətbiqini dəstəkləmək
İnspeksiya nəticələrinə əsasən preventiv və korrektiv tədbirlərin müəyyən edilməsində texniki töhfə vermək
Mexaniki aktivlərin Asset Integrity Register, inspeksiya tarixçəsi və texniki pasportlarının yenilənməsində iştirak etmək
Texniki auditlər, daxili və xarici yoxlamalar zamanı mexaniki inspeksiya üzrə ekspert dəstəyi göstərmək
Tələblər
Mexanika, Maşınqayırma, Mexaniki mühəndislik və ya əlaqəli sahələr üzrə Ali təhsil
Müvafiq sahə üzrə minimum 5 il mühəndislik təcrübəsi
MS Office proqramlarında mükəmməl işləmə bacarığı
Mexaniki avadanlıqlar, kompressorlar üzrə inspeksiya prinsipləri üzrə bilik və bacarıqlar
SAP PM üzrə bilik və təcrübə
ISO 55000 / ISO 55001 – Asset Management, API 510, API 570, API 653, ASME Section VIII, ASME B31.3, ISO 14224 – Maintenance & Reliability Data beynəlxalq standartlar üzrə müfəssəl biliklər
Problem analiz etmə, praktik həll yolları tapmaq bacarığı
İngilis dili biliyi üstünlük hesab olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
