Vakansiya haqqında
Əsas vəzifələr
Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri);
Qatar maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq;
Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək;
Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak;
Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək;
Simulyator, qəza oyunları və praktiki məşğələlər vasitəsilə real iş situasiyalarına hazırlıq;
Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması.
6 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
Təcrübə dövründə aylıq əmək haqqı;
Təcrübənin sonunda davamlı işə qəbul imkanı;
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı.
Tələblər
Yaş həddi: 22 - 35;
Ali texniki, orta texniki və ilk peşə ixtisaslı təhsil üstünlükdür;
Dİqqətli və məsuliyyətli;
Operativlik və yüksək iş intizamı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
