Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun holding

Baş Zootexnik

BiləsuvarMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Heyvanların bəslənməsi, saxlanması və çoxaldılması proseslərinin təşkili və idarə edilməsi; Yem rasionlarının hazırlanması, balanslaşdırılması və onların icrasına nəzarət; Süd, ət, yumurta, yun və digər məhsuldarlıq göstəricilərinin artırılması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi; Damazlıq işlərinin təşkili, seleksiya proseslərinin aparılması və heyvanların genetik keyfiyyətinin yaxşılaşdırılması; Baytarlıq xidməti ilə əməkdaşlıq çərçivəsində xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi; Heyvanların yaş qruplarına, fizioloji vəziyyətinə və məhsuldarlıq istiqamətinə uyğun qruplaşdırılmasının təşkili; İstehsalat normativlərinə, zoogigiyenik tələblərə və heyvanların saxlanma standartlarına riayət olunmasına nəzarət; Zootexniki göstəricilər üzrə statistik uçotun aparılması, məlumatların təhlili və hesabatların hazırlanması; Zootexniklərin və ferma işçilərinin fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması, rəhbərlik və təlimatlandırmanın həyata keçirilməsi; Yeni texnologiyaların, müasir zootexniki yanaşmaların və innovativ metodların istehsalat proseslərinə tətbiqinin təmin edilməsi. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək; Yemlərin qida dəyərinin hesablanması və qiymətləndirilməsi (protein, enerji, mineral və vitamin balansı); Müasir yemləmə texnologiyaları üzrə biliklər (TMR, mərhələli yemləmə və s.); Heyvandarlıq binalarının texniki tələbləri və mikroiqlim normaları barədə biliklər; Sağım, yem paylama və digər mexanikləşdirilmiş avadanlıqların iş prinsiplərini bilmək; Heyvandarlıqda məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və qiymətləndirilməsi; Uçot və hesabat proqramları, o cümlədən Excel və ferma idarəetmə proqramları ilə işləmək bacarığı; Biotəhlükəsizlik və sanitariya standartları üzrə biliklər; Zootexnika və heyvandarlığın əsasları üzrə biliklər; Heyvanların anatomiyası və fiziologiyası üzrə biliklər; Yemçilik və yem istehsalı üzrə biliklər; Seçmə və seleksiya nəzəriyyəsinin əsasları; Genetika və damazlıq işinin əsasları; Zoogigiyena və heyvan rifahı prinsipləri üzrə biliklər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.