Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

A+Co MMC

Laboratoriya üzrə Təcrübəçi Laborant

XırdalanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək; Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək; Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək; Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək; Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək; Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək; Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək; Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək; Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq. Tələblər Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi,Biologiya); Dil bilikləri: Azərbaycan dili İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Ümumi, üzvi və analitik kimyanın əsaslarını bilmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.