Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

SOCAR Upstream MI LLC

Böyük Hüquq Məsləhətçisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Gündəlik biznes əməliyyatları üzrə hüquqi risk çərçivələrinin müəyyən edilməsi, biznesə dəstək və əməliyyat komandalarının fəaliyyətinə hüquqi dəstək göstərilməsi. Hüquqi ekspertiza və uyğunluq proseslərinin hazırlanması, monitorinqi və təkmilləşdirilməsi. Şirkətdaxili siyasətlərin, prosedurların, qaydaların hüquq ekspertizası. Mürəkkəb kommersiya sazişlərinin təhlili və hüquqi rəylərin hazırlanması. Satınalma müqavilələrinin, əlavə və protokolların tərtibi, hüquqi ekspertizası və bu sənədlər üzrə danışıqlarda iştirak edilməsi. Biznes proseslərinin yenidən qurulmasının hüquq çərçivələri və tənzimləmələrinin müəyyən edilməsi. Struktur bölmələrin hüquq xarakterli sorğularının cavablandırılması. Tələblər Hüquq ixtisası üzrə bakalavr təhsili (magistr dərəcəsinin olması üstünlükdür). Korporativ hüquq, mülki hüquq, əmək hüququ sahəsində praktiki biliklər. Hüquqi risklərin qiymətləndirilməsi, müqavilələrin hüquqi ekspertizası, daxili siyasət və prosedurların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təcrübə. Effektiv ünsiyyət və komandada işləmək bacarığı. Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı. Minimum 5 il iş təcrübəsi (Neft-qaz sahəsində iş təcrübəsi üstünlükdür).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.