Vakansiya haqqında
Əsas vəzifələr
Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə idarəetmə, risklərin idarə edilməsi və uyğunluq (GRC) istiqamətində komandamıza yeni həmkar axtarırıq.
Tələblər
GRC, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və ya İT auditi üzrə azı 2 il, o cümlədən informasiya təhlükəsizliyi/kibertəhlükəsizlik auditi üzrə azı 1 il praktiki təcrübə;
ISO/IEC 27001, ISO/IEC 27002, NIST Cybersecurity Framework və COBIT üzrə biliklər;
Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və fərdi məlumatların qorunması üzrə milli qanunvericiliyi və sektoral tələbləri bilmək və tətbiq etmək bacarığı;
Riskləri qiymətləndirmək, risk reyestri və risklərin azaldılması planlarını hazırlamaq bacarığı;
Auditləri planlaşdırmaq, sübutları təhlil etmək, təhlükəsizlik tədbirlərinin effektivliyini qiymətləndirmək və nəticələr üzrə hesabat hazırlamaq bacarığı;
Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanması, uyğunsuzluqların aradan qaldırılmasının izlənilməsi üzrə təcrübə;
Giriş hüquqları, şəbəkə təhlükəsizliyi, loqlar, zəifliklərin idarə edilməsi, ehtiyat nüsxələmə və kiberinsidentlərə cavab üzrə baza texniki biliklər;
Müştərilər və texniki komandalarla işləmək, nəticələri rəhbərliyə təqdim etmək, tapşırıqları müstəqil icra etmək və junior əməkdaşların işini istiqamətləndirmək bacarığı.
ISO/IEC 27001 Lead Auditor / Lead Implementer, CISA, CRISC, CISM və ya əlaqəli sertifikatlar, eləcə də kibertəhlükəsizlik auditi və konsaltinq layihələrində iştirak təcrübəsi.
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Kişi namizədlər üçün hərbi xidməti başa vurmuş olmaq;
Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə tamamlanmış ali təhsil;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dilində peşəkar materiallarla işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
