Vakansiya haqqında
Əsas vəzifələr
Mülki aviasiya fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirin azaldılması sahəsində dövlət tənzimlənməsi və ümumi koordinasiya tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
Hava limanları, hava gəmilərinin istismarçıları və digər mülki aviasiya subyektlərinin ətraf mühit üzrə fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ tələblərə, o cümlədən “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”na uyğunluğunu qiymətləndirmək və nəzarət tədbirlərində iştirak etmək;
Mülki aviasiya subyektlərinin ətraf mühitə təsirin azaldılması istiqamətində həyata keçirdikləri tədbirləri təhlil etmək, qiymətləndirmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Hava limanları və digər mülki aviasiya obyektlərində hava, su, torpaq, səs-küy və istixana qazları üzrə monitorinq nəticələrini və digər ekoloji göstəriciləri təhlil və qiymətləndirmək;
Təyyarə səs-küyü, atmosfer havasına emissiyalar və yerli hava keyfiyyəti ilə bağlı səs-küy xəritələrini, emissiya inventarlarını və digər müvafiq sənədləri araşdırmaq, uyğunluq üzrə rəy və təkliflər hazırlamaq;
CORSIA çərçivəsində illik karbon emissiyaları üzrə hesabatların qəbulu, yoxlanılması və ICAO-ya təqdim edilməsi prosesini həyata keçirmək;
Hava limanlarının və digər mülki aviasiya obyektlərinin fəaliyyəti və inkişafı ilə bağlı ətraf mühitin idarə edilməsi, ərazi istifadəsi və ekoloji tələblər üzrə sənədləri və layihələri təhlil etmək;
Yeni hava limanlarının tikintisi və mövcud hava limanlarının genişləndirilməsi layihələri üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini araşdırmaq və Agentliyin səlahiyyətləri çərçivəsində rəy və təkliflər hazırlamaq;
Tullantıların və çirkab suların idarə olunması, yanacaq sistemləri və enerji səmərəliliyi üzrə istismarçıların tədbirlər planlarını təhlil etmək, ekoloji tələblərə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər hazırlamaq;
Hava limanlarında canlı təbiətdən gələn təhlükələrin idarə olunması (Wildlife Hazard Management – WHM) sistemlərinin təşkilini və tətbiqini qiymətləndirmək, quşlar və digər vəhşi heyvanlarla toqquşma risklərinin azaldılması tədbirlərinin monitorinqində iştirak etmək;
Quşlar və vəhşi heyvanlarla toqquşma hallarına dair məlumatları təhlil etmək və müvafiq hesabatların ICAO Bird Strike Information System (IBIS) məlumat bazasına təqdim edilməsi üçün hazırlanmasını təmin etmək;
ICAO-nun ətraf mühitin mühafizəsi üzrə standartlarını, tövsiyə olunan təcrübələrini və rəhbər sənədlərini, o cümlədən Annex 16 – Environmental Protection sənədinin müvafiq tələblərini izləmək, təhlil etmək və milli mülki aviasiyada tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
Mülki aviasiyanın ətraf mühitə təsirinin azaldılması sahəsində beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları araşdırmaq və onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
Ətraf mühit məsələləri üzrə hava limanları, aviaşirkətlər və digər mülki aviasiya subyektlərindən daxil olan məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək, habelə hesabatlar, arayışlar və analitik materiallar hazırlamaq;
Agentlik üçün ekoloji tələblərə dair metodik göstəriş, təlimat və digər sənədlərin hazırlanmasında, habelə mülki aviasiya subyektlərinin ekoloji maarifləndirilməsi məqsədilə seminar, təlim və izahat tədbirlərinin təşkilində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi məsələləri üzrə dövlət qurumları, mülki aviasiya subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.
Tələblər
Ətraf mühitin mühafizəsi, ekologiya, ekoloji mühəndislik, ətraf mühitin idarə edilməsi, enerji, kimya, mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi və aviasiya sahəsində qanunvericiliyi, müvafiq normativ-hüquqi aktlar, ICAO-nun ətraf mühit üzrə tələbləri, CORSIA prinsipləri, ekoloji monitorinq, emissiyalar, səs-küy və tullantıların idarə olunması üzrə biliklər;
Analitik düşünmə, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
Normativ-hüquqi və texniki sənədlərlə işləmək bacarığı;
Azərbaycan və ingilis dillərində peşəkar yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
Azərbaycan Respublikasının iqlim və ətraf mühitin mühafizəsi siyasəti barədə məlumatlılıq üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
