Vakansiya haqqında
Əsas vəzifələr
Əkin planlarının hazırlanması və icrasına nəzarət;
Bitkiçilik proseslərinin (əkin, becərmə, gübrələmə, suvarma, yığım) planlaşdırılması və idarə olunması;
Torpaq analizlərinin təşkili və nəticələrə uyğun aqrotexniki tədbirlərin müəyyən edilməsi;
Bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət;
Gübrə və pestisidlərin düzgün seçilməsi və istifadəsinə nəzarət;
Suvarma sistemlərinin effektiv işləməsinin təmin edilməsi (pivot, damcı və s.);
Məhsuldarlığın artırılması üçün yeni texnologiyaların və innovativ üsulların tətbiqi;
Sahə işçilərinin (aqronomlar, fəhlələr) işinin koordinasiyası;
Büdcə planlaması və xərclərin optimallaşdırılması;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Dövlət qurumları və təchizatçılarla əlaqələrin qurulması. Biləsuvar rayonu
Tələblər
Aidiyyatı sahə üzrə ali təhsil;
Minimum 5 il aqronomluq sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
Bitki mühafizəsi, gübrələmə, suvarma və torpaq analizi üzrə dərin biliklər;
Müasir kənd təsərrüfatı texnologiyalarını (pivot suvarma, damcı suvarma və s.) bilmək;
Aqrar proqram təminatları və MS Office (xüsusilə Excel) üzrə işləmə bacarığı;
Analitik düşünmə və qərarvermə qabiliyyəti;
Komanda idarəetmə və liderlik bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
