Vakansiya haqqında
Əsas vəzifələr
Konstruktiv işçi layihələrin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin tərtibatı;
Metal konstruksiyaların cizgilərinin yerli norma və qaydalara uyğun olaraq işlənilməsi, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin,layihələndirilməsi;
Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
Konstruktiv hesabatların aparılması - İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar);
Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
Metal konstruksiya, demir beton konstruksiya, taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
Tələblər
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
AutoCad proqramında işləmə bacarığı (Tekla Structural və Lira 9.6 proqramlarını bilməyi arzuolunandır);
İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi bacarmalıdır.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5/2, 09:00-18:00;
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
