Vakansiya haqqında
Əsas vəzifələr
Rəqəmsal informasiya sistemləri arasında inteqrasiya proseslərinin hazırlanması və icrasında komandaya texniki dəstək göstərmək.
API sənədlərini, endpoint-ləri, request/response strukturlarını və inteqrasiya tələblərini öyrənmək və analiz etmək.
REST API, HTTP/HTTPS, JSON və XML kimi əsas inteqrasiya texnologiyaları ilə işləmək.
Postman və Swagger/OpenAPI vasitəsilə sadə API sorğularını icra etmək, nəticələri yoxlamaq və test nəticələrini sənədləşdirmək.
İnteqrasiya zamanı yaranan texniki problemlərin ilkin araşdırılmasında, servis cavablarının və logların yoxlanılmasında iştirak etmək.
API servis siyahılarının, endpoint məlumatlarının, inteqrasiya sxemlərinin və texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək olmaq.
Developer, QA, BA/PO və digər aidiyyəti komandalarla koordinasiyalı işləmək və verilmiş tapşırıqları vaxtında icra etmək.
Yeni inteqrasiya texnologiyalarını və iş prinsiplərini öyrənmək, verilmiş texniki məsələlər üzrə araşdırma aparmaq.
Tələblər
Ali təhsil (İT istiqaməti üzrə)
İnformasiya texnologiyaları, API, sistem inteqrasiyası və ya əlaqəli sahədə 0–1 il təcrübə; yeni məzunlar üçün uyğundur.
Postman, Swagger/OpenAPI, SQL və Git üzrə baza səviyyədə bilik; Jira/Confluence ilə işləmə təcrübəsi üstünlükdür.
API və inteqrasiya, sistem analizi, informasiya texnologiyaları və ya əlaqəli istiqamətlər üzrə sertifikatlar üstünlükdür.
Müasir texnologiyalarla işləmək və innovativ həllərin tətbiqində iştirak
Çevik iş mühiti və rejimi
Rəqəmsal tibb və innovativ İT layihələrində iştirak
Öyrənmə, inkişaf və yeni bacarıqlar qazanmaq üçün dəstəkləyici mühit
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
