Vakansiya haqqında
Əsas vəzifələr
İnformasiya sistemləri arasında API əsaslı inteqrasiyaların analizini və texniki koordinasiyasını həyata keçirmək.
Biznes və texniki tələbləri analiz edərək sistemlərarası məlumat mübadiləsi, inteqrasiya ssenariləri və məlumat axınlarını müəyyənləşdirmək.
REST API və SOAP veb-servislərinin spesifikasiyalarını, endpoint-ləri, request/response strukturlarını, HTTP status kodlarını və autentifikasiya mexanizmlərini analiz etmək.
Postman və Swagger/OpenAPI vasitəsilə API-lərin yoxlanılmasını və inteqrasiya ssenarilərinin test edilməsini həyata keçirmək.
İnteqrasiya zamanı yaranan texniki xətaları, servis cavablarını və logları analiz etmək, problemin səbəbinin müəyyənləşdirilməsi və həllində iştirak etmək.
JSON/XML məlumat strukturlarını və sistemlərarası məlumat uyğunluğunu yoxlamaq.
API kataloqu, endpoint spesifikasiyaları, autentifikasiya tələbləri, məlumat axınları və digər inteqrasiya sənədlərini hazırlamaq və aktual saxlamaq.
Developer, QA, BA/PO, DevOps və digər aidiyyəti komandalarla inteqrasiya işləri üzrə koordinasiyanı təmin etmək.
İnteqrasiyalar üzrə texniki riskləri, asılılıqları və mümkün təsirləri müəyyənləşdirmək və aidiyyəti tərəflərə təqdim etmək.
Tələblər
Ali təhsil (İT istiqaməti üzrə)
Minimum 2 il İnformasiya sistemlərinin inteqrasiyası, API və ya sistem analizi istiqamətində iş təcrübəsi
Postman, Swagger/OpenAPI, SQL, Git, Jira, Confluence; API monitorinq və log analiz alətləri ilə işləmə bacarığı
API və inteqrasiya, sistem analizi, informasiya texnologiyaları və ya əlaqəli istiqamətlər üzrə sertifikatlar üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
