Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Socar

Təcrübəçi (Nəqliyyat üzrə)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

5 ay müddətində həyata keçirilən Gənc İstedadlar Proqramı iştirakçılara aşağıdakı imkanları təqdim edir:SOCAR-ın müvafiq struktur bölmələrində istehsalat təcrübəsində iştirak etmək;İxtisas biliklərini və peşəkar bacarıqları inkişaf etdirmək;Davranış səriştələrinin formalaşdırılmasına yönəlmiş təlimlərdə iştirak etmək;Peşəkar mühitdə təcrübə qazanmaq və SOCAR-ın korporativ dəyərləri ilə tanış olmaq;Müəyyən edilmiş qaydalara uyğun olaraq təqaüddən yararlanmaq.Proqramın sonunda SOCAR-ın müəssiələrinin biznes fəaliyyətinə uyğun ehtiyac olduğu təqdirdə bilik və bacarıqları, inkişaf potensialı və fəaliyyət nəticələri ilə seçilən iştirakçıların məşğulluq imkanlarına baxıla bilər. Əsas vəzifələr SOCAR-ın müvafiq struktur bölmələrində istehsalat təcrübəsində iştirak etmək; İxtisas biliklərini və peşəkar bacarıqları inkişaf etdirmək; Davranış səriştələrinin formalaşdırılmasına yönəlmiş təlimlərdə iştirak etmək; Peşəkar mühitdə təcrübə qazanmaq və SOCAR-ın korporativ dəyərləri ilə tanış olmaq; Müəyyən edilmiş qaydalara uyğun olaraq təqaüddən yararlanmaq. Tələblər Azərbaycan Respublikasının vətəndaşı olmalı; Yaşı 29-dək olmalı; Məzunlar tələb olunan ixtisaslar üzrə təhsillərini son 3 tədris ili ərzində (2024, 2025, 2026-cı illər) başa vurmuş olmalı; Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil almalı; Bakalavr ixtisası müraciət edilən ixtisasa uyğun olmayan və ixtisas dəyişikliyi etmiş tələbələr magistratura pilləsinin ikinci kursunda təhsil almalı; Proqramın keçirildiyi müddətdə SOCAR və ya digər işəgötürənlə əmək münasibətlərində olmamalı; Rəsmi transkriptə və ya diplom əlavəsinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisi (CumGPA) 75%-dən yüksək olmalı, digər qiymətləndirmə sistemlərində isə 2.5-dən yuxarı olmalıdır. Namizədlər universitet tərəfindən təqdim edilmiş rəsmi transkripti, məzun olduqları təqdirdə diplom və onun əlavəsini elektron müraciətə (Sənədlərim hissəsində diplom və ya digər sənədlər hissəsinə) qoşma olaraq əlavə etməlidirlər. Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət tarixindən əvvəlki semestrin qiymətləri də əks olunmalıdır. Gənc İstedadlar Proqramına seçim müsabiqə əsasında, üç mərhələdə həyata keçirilir. I mərhələ - Müraciətlərin ilkin seçimi: Namizədlər tərəfindən təqdim edilmiş məlumatların və sənədlərin tələblərə uyğunluğunun yoxlanılması həyata keçirilir. II mərhələ - Test imtahanı: Namizədlərin məntiqi təfəkkür və ingilis dili üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. III mərhələ - Müsahibə: Müsahibə zamanı namizədlərin ixtisas bilikləri, peşəkar potensialı, davranış səriştələri və proqrama uyğunluğu qiymətləndirilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.