Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Socar

Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Təşkilati inkişaf layihələri üzrə texniki tapşırıqların müəyyənləşdirilməsində iştirak etmək; Layihələrin icra gedişatını təhlil etmək, əsas problemlərin və risklərin aradan qaldırılması üzrə təklif və tövsiyələr hazırlamaq; Dəyişikliklərə dair sənədlər, icra vəziyyəti üzrə hesabatlar və digər müvafiq qeydlər daxil olmaqla, layihə sənədlərinin dəqiq şəkildə aparılmasını təmin etmək; Təşkilati inkişaf layihələrinin idarə edilməsi metodologiyasının təkmilləşdirilməsində iştirak etmək; Layihələrin səmərəliliyinin artırılması və nəzərdə tutulan nəticələrin maksimum səviyyədə təmin edilməsi məqsədilə resursların düzgün bölüşdürülməsinə dəstək göstərmək; Müvafiq layihələrin koordinasiyasını, planlaşdırılmasını, büdcələşdirilməsini və monitorinqini həyata keçirmək; Müəyyən edilmiş standartlara və qabaqcıl təcrübələrə riayət etməklə təşkilati məqsədlərə nail olunmasına dəstək göstərmək; Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin icra vəziyyəti və gedişatı barədə hesabatlar hazırlamaq. Tələblər Biznesin idarə edilməsi, menecment, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür); Layihələrin idarə edilməsi və ya layihə koordinatoru vəzifəsində minimum 5 il iş təcrübəsi (təşkilati inkişaf, biznes proseslərinin tətbiqinin idarə edilməsi və/və ya koordinasiyası sahəsində təcrübəyə üstünlük verilir); Təşkilati inkişaf istiqamətində layihə idarəetmə prosesləri və metodologiyaları üzrə biliklər və onların hazırlanması bacarığı; Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı, Microsoft Office proqramları və Power BI üzrə yüksək səviyyədə biliklər; Güclü yazılı və şifahi ünsiyyət, eləcə də danışıqların aparılması bacarıqları; Əməkdaşlıq, təqdimat və təşkilatçılıq bacarıqları; Problemlərin həlli, münaqişələrin idarə edilməsi və tənqidi düşünmə bacarıqları; Azərbaycan və ingilis dillərini sərbəst bilmək; PMP sertifikatının olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.