Vakansiya haqqında
Əsas vəzifələr
İllik və uzunmüddətli büdcənin hazırlanması, icrasının monitorinqi və büdcə plan-fakt analizinin aparılmasını təmin etmək;
Zavodun istehsalat, satış və investisiya fəaliyyətləri üzrə maliyyə planlamasını həyata keçirmək;
Maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə vaxtında təqdim edilməsinə nəzarət etmək;
Şirkətin pul vəsaitlərinin hərəkətini (Cash Flow) idarə etmək və likvidliyi təmin etmək;
İstehsalın maya dəyərinin formalaşmasına, məhsul üzrə rentabelliyin və marjanın təhlilinə nəzarət etmək;
Vergi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə qanunvericilik tələblərinə riayət olunmasına nəzarət etmək;
Daxili maliyyə nəzarəti və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək;
Maliyyə proseslərinin rəqəmsallaşdırılması və ERP sistemləri üzərindən maliyyə məlumatlarının effektiv idarə edilməsini təmin etmək;
Maliyyə, mühasibatlıq və digər əlaqəli funksiyaların fəaliyyətini koordinasiya etmək və komandanın idarə olunmasını həyata keçirmək;
Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılması və biznes qərarlarının maliyyə baxımından əsaslandırılması üzrə rəhbərliyə tövsiyələr vermək.
Tələblər
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
ACCA, CFA, CIMA, MBA və ya digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Ali təhsil
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
