Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AFB Bank

Biznes Kreditlərin təhlili

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Orta və iri biznes kredit müraciətlərinin dərin maliyyə və risk təhlilinin aparılması. Müştərilərin maliyyə hesabatlarının, biznes modelinin və bazar mövqeyinin qiymətləndirilməsi. Girov təminatlarının adekvatlığı və likvidliyinin yoxlanılması. Kredit rəylərinin hazırlanması və Kredit Komitəsi üçün təqdimatların edilməsi. Mövcud kredit portfelinin izlənməsi və riskli halların vaxtında aşkar edilməsi. Digər şöbələrlə koordinasiyalı işləyərək daxili qaydalara uyğun fəaliyyətin təmin edilməsi. Tələblər Ali təhsil; Bank sektorunda, xüsusən biznes/korporativ kredit analizi üzrə ən azı 2-3 il iş təcrübəsi; Azərbaycan dili – əla, Rus və/İngilis dili – yaxşı səviyyədə; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.