Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun holding

Memar (formen)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Azersun Holding-ə daxil olan AL Market MMC komandasına “Memar” axtarılır! Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək; Ərazidə ölçü işlərinin aparılması, Memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq və bunun əsasında işlərin icrasına nəzarət etmək; Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun aparılmasını təmin etmək; Usta və podratçıların işlərini koordinasiya etmək və iş bölgüsünü təşkil etmək; Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin koordinasiyasını təmin etmək; Görülən işlərin keyfiyyətinə və işlərin müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət etmək; İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyən etmək və həllini koordinasiya etmək; Mağazaların açılış tarixinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək; Görülən işlər üzrə hesabatların hazırlanmasında və layihənin təhvil prosesində iştirak etmək. Tələblər Memarlıq, inşaat və ya müvafiq texniki sahə üzrə bakalavr təhsil Təmir-tikinti və ya mağaza layihələri üzrə iş təcrübəsi; Komanda ilə işləmək və sahədə operativ qərar qəbul etmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsi. İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00 Nahar şirkət tərəfindən təmin olunur Sumqayıt şəhərindən servis xidməti İş yeri: Bakı Peşəkar inkişaf və karyera imkanları

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.