Vakansiya haqqında
Əsas vəzifələr
Müəssisə üzrə maşın/dəzgahlarda texniki avadanlıqların düzgün texniki istismarını, fasiləsiz və yüksək məhsuldarlıqla işləməsini təmin etməklə texnoloji prosesi aparmaq;
Texniki xəta və problemləri davamlı izləmək, onların yaranma səbəblərini analiz edərək aradan qaldırılması istiqamətində tədbirlər görmək;
Sistemin təkmilləşdirilməsi üçün analizlər aparmaq, önləyici tədbirlər görmək, cihaz parkının yeniləşdirilməsi və yeni layihələrin icrası üçün təkliflər hazırlamaq;
Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirmək, avadanlığın avtomatika elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət etmək, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə testlər və təmir işləri aparmaq;
Tabeliyində olan personallar arasında iş bölgüsü aparmaq, onların gördükləri işlərin keyfiyyətinə, istehsalat və əmək intizamına, həmçinin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
Tabeliyində olan heyəti normal iş şəraiti, lazımi texniki avadanlıq və ehtiyat hissələri ilə təmin etmək;
İllik kalibrasiya qrafikinin yerinə yetirilməsinə, avadanlıqlarda təmir və sınaq işlərinin təlimatlara uyğun aparılmasına nəzarət etmək, profilaktik və cari təmirləri təşkil etmək;
Təsdiq olunmuş sənədlərə əsasən təmir işlərinin vaxtında aparılmasını təmin etmək və uyğun sənədlərdə lazımi qeydiyyatları aparmaq.
İş yeri: Sumqayıt şəhəri
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
Ali texniki təhsil (Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə);
İstehsalat müəssisələrində, texniki/avtomatika sahəsində minimum 1-2 il iş təcrübəsi
Maşın və dəzgahların iş prinsipləri, avtomatika elementləri, kalibrasiya prosesləri və profilaktik təmir (PM) sistemləri barədə dərin biliklər;
Texniki heyəti idarə etmə, iş bölgüsü aparma və komandanı motivasiya etmə qabiliyyəti;
Problemlərin kökünü (Root Cause) tapmaq və önləyici həllər təklif etmək bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
