Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Proxima Tech Solutions

Application Security Pentester (Web, API & Mobile)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Veb tətbiqlər, API-lər və mobil tətbiqlər üzrə penetrasiya testləri aparmaq; Autentifikasiya, avtorizasiya, sessiya idarəetməsi və biznes məntiqi ilə bağlı zəiflikləri yoxlamaq; Android və iOS tətbiqlərinin təhlükəsizliyini, o cümlədən məlumatların saxlanmasını, şəbəkə əlaqəsini və API ilə qarşılıqlı əlaqəsini qiymətləndirmək; Zərurət olduqda mənbə kodunu və tətbiqin işləmə axınını təhlil etmək; Aşkar edilmiş zəiflikləri manual təsdiqləmək, risk və təsirini qiymətləndirmək; Sübutlar, təkrarlama addımları və aradan qaldırma tövsiyələri ilə texniki hesabat hazırlamaq; Düzəlişlərdən sonra retest aparmaq və nəticələri müştərinin texniki komandası ilə müzakirə etmək. Tələblər Penetrasiya testi və ya tətbiq təhlükəsizliyi üzrə minimum 1,5–2 il praktik təcrübə; Veb tətbiq və API testlərini Burp Suite ilə manual aparmaq bacarığı; Android və ya iOS platformalarından ən azı birində praktik təhlükəsizlik testi təcrübəsi, digər platforma üzrə əsas bilik; Kotlin, Java, C# və ya Swift dillərindən ən azı birində kodu oxumaq və tətbiqin işləmə məntiqini anlamaq bacarığı; OWASP Top 10 və OWASP API Security Top 10 üzrə bilik; OWASP Mobile Top 10, MASVS və MASTG ilə tanışlıq; Zəiflikləri aydın sübutlar və praktik aradan qaldırma tövsiyələri ilə hesabatlaşdırmaq bacarığı; Azərbaycan dilində yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı. OSWA, OSWE, eWPTX, Burp Suite Certified Practitioner (BSCP), HTB CWES/CWEE və ya eMAPT sertifikatlarından biri; Həm Android, həm də iOS tətbiqlərinin təhlükəsizlik testi üzrə təcrübə; Frida, JADX, Ghidra və digər mobil tətbiq təhlili alətləri ilə iş təcrübəsi; Mənbə kodunun təhlükəsizlik təhlili, test skriptlərinin hazırlanması və ya DevSecOps proseslərində iştirak; Bank və korporativ müştərilərin layihələrində iş təcrübəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.