Vakansiya haqqında
Əsas vəzifələr
Korporativ kart ödənişləri, xarici valyutanın alınması, xarici ödənişlər, hesab-fakturalar və avanslar daxil olmaqla mühasibat əməliyyatlarının 1C sistemində işlənməsi;
Təchizatçılarla bağlı xərclərin, kreditor borclarının və bağlanmamış avansların uçotunun aparılması və nəzarətdə saxlanılması;
Qeyri-rezidentlər üzrə ödəmə mənbəyində tutulan vergi və ƏDV daxil olmaqla müvafiq vergilərin hesablanması və uçotda əks etdirilməsi;
e-Taxes portalında hesab-fakturaların və onlarla bağlı düzəlişlərin yoxlanılması, təsdiqlənməsi və monitorinqi;
Anbar yoxlamaları, materialların silinməsi, ƏDV əvəzləşdirmələri və hesabatların hazırlanması daxil olmaqla ay sonu bağlanış proseslərində iştirak;
İnventarizasiya və mal-material ehtiyatlarının sayımı proseslərində aktiv iştirak;
Mühasibat uçotunu təsdiq edən sənədlərin toplanması, yoxlanılması və arxivləşdirilməsi;
Kreditorlarla üzləşmələrin hazırlanması, daxili və xarici audit sorğularının cavablandırılması;
Zərurət yarandıqda dövri ezamiyyətlərdə iştirak;
Rəhbərlik tərəfindən verilən digər mühasibat və hesabatlıq tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
Maliyyə və ya mühasibatlıq sahəsində peşəkar sertifikatların olması üstünlükdür;
İngilis dili: B1–B2 səviyyəsi;
Rus dili biliyi arzuolunandır;
MS Office, xüsusilə Excel və 1C proqramlarında yaxşı işləmə bacarığı;
SAP proqramı üzrə biliklərin olması üstünlükdür;
Vergi və gömrük platformaları daxil olmaqla elektron sistemlərlə iş təcrübəsi;
Detallara yüksək diqqət, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
Beynəlxalq şirkətdə 1 illik iş və dəyərli peşəkar təcrübə imkanı;
Beynəlxalq iş standartları və qabaqcıl təcrübələrlə tanışlıq;
Peşəkar inkişaf və yeni biliklər əldə etmək imkanları;
Dinamik, əməkdaşlığa əsaslanan və peşəkar iş mühiti.
İş saatları: 09:00–18:00
İş yeri: "Gilan&Knauf", İzmir küçəsi 7A, "İzmir Plaza", 3-cü mərtəbə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
