Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətimiz müxtəlif layihələr üçün əmək münasibətlərinin qurulması məqsədilə Strong Junior DBA vakansiyası üzrə peşəkar mütəxəssislərin axtarışındadır
Tələblər
Universitetdə Proqramlaşdırma, Kompüter Mühəndisliyi, Texniki və ya buna bənzər sahələrdə bakalavr və ya magistr təhsili arzuolunandır
Minimum 1-2 il sahə üzrə təcrübə
Əsas olaraq PostgreSQL, Oracle və SQL Server biliklərinin olması mütləqdir
Verilənlər bazasının ilkin qurulması və ilkin tənzimlənmələri haqqında biliklər mütləqdir
Verilənlər bazalarında istifadəçi, rollar, onların səlahiyyətləri və səlahiyyətlərin tənzimlənməsi kimi proseslər üzrə biliklər mütləqdir
Bazaların backup və ya restore olunması, eyni ilə müxtəlif serverlərə daşınması sahəsində təcrübə
Verilənlər bazasının təhlükəsizlik prinsipləri və bu ətrafda təcrübəsi olanlara üstünlük veriləcəkdir
Verilənlər bazasının performans və tuninq məsələlərində təcrübəsi olanlar, eləcədə də yaxşı SQL yazma və ya SQL sorğularını tuninq etməyi bacaranlara ayrıca üstünlük veriləcəkdir
Verilənlər bazasında yeni alətlərin (tools, extensions) qurulması və tətbiqi biliklərin olması
Verilənlər bazalarında cədvəllər, indekslər, tiplər və digər bənzər proseslərin düzgün qaydalara əsasən qurulması sahəsində biliklərin olması
NoSQL bazalarının qurulması və ya onlar haqqında ümumi bilikləri olanlara üstünlük veriləcəkdir
Özünü inkişaf etdirməyə hazır və yeniliklərə açıq olmaq
Komanda ilə işləmə bacarıqları
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
