Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İstisu mineral su zavodu

Su təmizləmə sistemləri üzrə Operator

KəlbəcərMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Su təmizləmə sistemlərinin gündəlik işinə nəzarət etmək; Su təmizləmə avadanlıqlarının iş rejimini izləmək; Su təmizləmə prosesinin müəyyən edilmiş texnoloji tələblərə uyğun aparılmasını təmin etmək; Avadanlıqların təzyiq, temperatur, sərfiyyat və digər iş göstəricilərini nəzarətdə saxlamaq; Su sistemlərinin regenerasiya, yuma və digər texnoloji proseslərini həyata keçirmək; CIP (Cleaning in Place) proseslərini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək; Avadanlıqların işə salınması, dayandırılması və proseslər arasında keçidlərini düzgün icra etmək; Su təmizləmə sistemlərində yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxslərə məlumat vermək; Nasosların, klapanların, boru xətlərinin və digər avadanlıqların vəziyyətinə nəzarət etmək; İş zamanı tələb olunan göstəriciləri və proses məlumatlarını qeydiyyata almaq; Avadanlıqların təmizliyi və iş sahəsinin sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili qaydalara riayət etmək; Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək. Tələblər Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır; Rus dili biliyi üstünlükdür; Su təmizləmə sistemləri, istehsalat avadanlıqları və ya texniki sahədə iş təcrübəsi üstünlükdür; Su təmizləmə prosesləri haqqında ümumi anlayış; Texniki avadanlıqlarla işləmək bacarığı; CIP prosesləri barədə məlumatlı olmaq üstünlükdür; Diqqətli, məsuliyyətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Növbəli iş rejimində işləməyə hazır olmaq. Kəlbəcərdə yaşayış yeri Gün ərzində 3 dəfə qidalanma Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti Peşəkar və inkişaf yönümlü iş mühiti

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.