Vakansiya haqqında
Əsas vəzifələr
Audit planına uyğun audit yoxlamalarının aparılması;
Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi;
Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi;
Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası;
Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması;
Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya;
Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi;
Müsahibələrin və yekun müzakirələrin təşkili;
Audit hesabatlarının hazırlanması;
Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
Sahə üzrə iş təcrübəsi:1 - 2 il
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
