Vakansiya haqqında
Əsas vəzifələr
Bazar və likvidlik risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işlərin həyata keçirilməsinə dəstək göstərir;
İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaları həyata keçirir;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir
Qiymətli kağızların investisiya siyasəti və qaydaların, maliyyə instituları ilə iş siyasəti və prosedurların, habelə törəmə maliyyə alətləri üzrə qayda və ya siyasətin hazırlanmasında həmçinin bu siyasət daxilində risk indikatorlarının müəyyənləşdirilməsində və ölçülməsində iştirak edir;Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığını rəhbərliyə təqdim edir;
Şöbəyə cəlb edilmiş təcrübəçilərə işlərində dəstək göstərir və təhlil sahəsində onlarla birgə fəaliyyət göstərir;
İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır;
Tələblər
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya risk menecmenti sahəsində ali təhsil;
Kredit risklərinin idarə edilməsi prinsipləri, Basel II/III standartları haqqında biliklər;
Maliyyə analiz metodları və kredit portfel analitikası sahəsində təcrübə;
Statistika və modelləşdirmə üzrə ilkin biliklər (Excel, Power BI, R və ya Python arzuolunandır);
Güclü analitik və hesabat hazırlama bacarığı;
Yüksək səviyyədə diqqət, məsuliyyət və komandada işləmək qabiliyyəti.
SQL və ya digər məlumat bazası analiz alətləri biliyi üstünlükdür;
Tableau – məlumatların vizuallaşdırılması və analitik hesabatların hazırlanması bacarığı;
Risk idarəetmə proqram təminatları (SAS, Moody’s RiskAnalyst və s.) ilə tanışlıq arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
