Vakansiya haqqında
Əsas vəzifələr
Rəhbərlik üçün arayış, xidməti məktub, iclas qeydi, məruzə və təqdimatların hazırlanması;
Böyük həcmli məlumatların təhlili, əsas məqamların seçilməsi və qısa, strukturlaşdırılmış formada təqdim edilməsi;
Məlumatlarda uyğunsuzluqların, risklərin və qərar tələb edən məsələlərin müəyyənləşdirilməsi;
Müxtəlif mənbələrdən daxil olan materialların vahid üsluba gətirilməsi;
Tapşırıqların qeydiyyatı, icra müddətlərinin və statuslarının izlənilməsi;
Struktur bölmələrlə effektiv kommunikasiyanın qurulması və tələb olunan məlumatların operativ toplanmas.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Güclü yazılı nitq, sənədlərlə işləmək və məlumatları ümumiləşdirmək bacarığı;
Analitik düşüncə və təqdimat hazırlamaq bacarığı;
Tapşırıqların sistemli izlənilməsi və koordinasiya bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilləri üstünlükdür);
Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) yaxşı səviyyədə işləmək bacarığı;
Yüksək işgüzar etika, məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı.
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəhdə yerləşən "Metropolitan Apartments" istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
