Vakansiya haqqında
Əsas vəzifələr
Müəssisənin təsərrüfat işlərinin gündəlik təşkilində təsərrüfat müdirinə dəstək göstərmək;
Zavodun inzibati və təsərrüfat ərazilərinin səliqəli və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Təsərrüfat ehtiyacları üçün tələb olunan material, inventar və digər vasitələrin təminatının həyata keçirilməsi;
Təmizlik, abadlıq və ərazinin sanitariya vəziyyəti ilə bağlı işlərin təşkili;
Tullantıların vaxtında və müəyyən olunmuş qaydalara uyğun ərazidən çıxarılmasına nəzarət;
Təsərrüfat sahəsində təmir, texniki xidmət və digər işlərin icrasının təşkili;
Müəssisənin ərazisində təsərrüfatla bağlı yaranan problemləri müəyyən etmək və təsərrüfat müdirinə məlumat vermək;
Əmək mühafizəsi, yanğın təhlükəsizliyi və müəssisədaxili qaydalara riayət olunmasına nəzarətdə iştirak etmək;
Rəhbərlik tərəfindən təsərrüfat fəaliyyəti ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil: Ali;
Anbar, inventar və materialların uçotu və saxlanılması üzrə biliklər;
Təsərrüfat avadanlıqları və inventarlarının istifadə qaydalarını bilməsi;
Yaş həddi: 22-45;
İş təcrübəsi: minimum 1 il;
Dil bilikləri: Azərbaycan dili sərbəst;
Kompüter bilikləri: Ofis proqramları (Word, Excel, Outlook) və 1C 8.3;
Ölkədaxili ezamiyyət imkanları;
Şəxsi keyfiyyətlər: Məsuliyyətli, çevik, ünsiyyətcil, dürüstlük və s.
Əmək haqqı:Razılaşma yolu ilə
İş yeri: Mətanət A Zavodu (Masazır ərazisi);
İş qrafiki: 08:00 - 17:00, 6 gün (6-cı gün qısa iş günü);
İstirahət: Bazar günü;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
