Vakansiya haqqında
Əsas vəzifələr
İşarəvermə və rabitə sistemləri üzrə layihə və texniki sənədləri nəzərdən keçirmək, texniki uyğunluğunu qiymətləndirmək;
Sistemlərin quraşdırılması, sınaqdan keçirilməsi və istismara hazırlığı üzrə işlərin koordinasiyasını və texniki nəzarətini həyata keçirmək;
Layihəçi və podratçı tərəfindən təqdim olunan texniki həllərin layihə tələblərinə və normativ sənədlərə uyğunluğunu yoxlamaq;
İşlərin icra vəziyyətini, keyfiyyətini və müəyyən edilmiş qrafikə uyğunluğunu monitorinq etmək;
Texniki uyğunsuzluqları və problemləri müəyyən etmək, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Görülmüş işlər, texniki məsələlər və layihənin cari vəziyyəti üzrə hesabat və texniki rəylər hazırlamaq.
Tələblər
İşarəvermə, rabitə, avtomatika, telekommunikasiya və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Metro və ya dəmir yolu işarəvermə və rabitə sistemləri üzrə biliklər;
Layihə və texniki sənədləri oxumaq, təhlil etmək və texniki rəy hazırlamaq bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
AutoCAD və digər texniki proqramları bilmək üstünlükdür;
Analitik düşünmə, texniki problemlərin həlli, komandada işləmə və effektiv ünsiyyət bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
