Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətin nəqliyyat xidmətinin təşkili və nəqliyyat vasitələrinin idarə olunmasına ümumi nəzarətin həyata keçirilməsi;
Şirkətə məxsus avtomobillərin icbari və kasko sığortalarının vaxtında rəsmiləşdirilməsi və yenilənməsinin təmin edilməsi;
Avtomobillərin planlı servis baxışlarının, texniki baxışlarının və dövlət qeydiyyatı ilə bağlı işlərin təşkili və icrasına nəzarət;
Avadanlıq və texnikanın fasiləsiz, təhlükəsiz və düzgün istismarının təmin edilməsi;
Texniki nasazlıqların və yol-nəqliyyat hadisələrinin səbəblərinin araşdırılması, müvafiq akt və hesabatların hazırlanması;
Köhnəlmiş və ya yararsız hala düşmüş nəqliyyat və texniki vasitələrin qiymətləndirilməsi və satış prosesinin təşkili;
İcarədə olan texnikanın saz və tam yararlı vəziyyətdə olmasını yoxlamaq;
Nəqliyyat vasitələrinin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;
Yanacaq sifarişlərinin təşkili, sərfiyyata nəzarət və hesabatlılığın təmin edilməsi;
Ölkədaxili ezamiyyətlər zamanı nəqliyyatın koordinasiyasının təşkil edilməsi.
Tələblər
Ali və ya orta ixtisas təhsili (logistika, nəqliyyatın təşkili və ya müvafiq sahə üzrə üstünlükdür);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Sürücülük vəsiqəsinin olması;
MS Office (Word, Excel) proqramlarını yaxşı bilməli;
Nəqliyyat qanunvericiliyi və yol hərəkəti qaydaları üzrə bilik;
Nəqliyyat vasitələrinin sənədləşdirilməsi, sığorta və texniki baxış prosedurları barədə bilik;
Planlaşdırma, koordinasiya və analitik düşünmə bacarığı;
Məsuliyyətlilik, operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
3 ay sınaq müddətindən sonra könüllü tibbi sığorta ilə təminat
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
