Vakansiya haqqında
Əsas vəzifələr
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Müfəssəl planlar,baş planların relyefinin təşkili və topraq kütləsi planın hesabatının icra edilməsi;
İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək;
Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Tələblər
Yaş: 35- 55 yaş;
Memarlıq sahəsində ali təhsil.
Memarlıq sahəsində 10 il və daha artıq iş təcrübəsi..
AutoCAD proqramında yüksək səviyyədə işləmə bacarığı (Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarını bilmək arzuolunandır);
Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
Punktual və məsuliyyətli olması;
Komanda ilə işləmək bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
