Vakansiya haqqında
Əsas vəzifələr
Layihələrin planlaşdırılması, təşkili və idarə olunması;
Memarlıq, Konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələrinin koordinasiyası;
Mühəndislik həllərinin memarlıq və digər layihə bölmələri ilə uyğunluğunun təmin edilməsi;
Layihə sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti üzrə normativlərə və müvafiq beynəlxalq standartlara uyğunluğuna nəzarət;
Mühəndislik çertyojlarının, hesabatların, spesifikasiyaların və texniki sənədlərin yoxlanılması;
Layihəçi və podratçıların texniki fəaliyyətinin koordinasiyası;
İş həcmlərinin və texniki spesifikasiyaların hazırlanması və yoxlanılması;
Dövlət ekspertizası və razılaşdırma proseslərində bütün bölmələr üzrə texniki dəstəyin göstərilməsi;
Layihə üzrə texniki risklərin, uyğunsuzluqların və mümkün problemlərin müəyyən edilməsi və həlli;
Layihə büdcəsinin və texniki həllərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Layihənin bütün mərhələlərində mühəndislik işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət.
Tələblər
Yaş: 35- 55 yaş;
İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsində ali təhsil;.
Müvafiq sahədə 10 il və daha artıq iş təcrübəsi.
Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları və Qaydalarını mükəmməl bilmək, layihələrin Dövlət Ekspertizasına hazırlanması və müdafiəsi təcrübəsi;
AutoCAD və MS Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Revit, Primavera, və digər memarlıq/mühəndislik proqramlarını bilmək arzuolunandır);
Memarlıq, konstruksiya və mühəndis-kommunikasiya (MEP) bölmələrinin layihələrini bir-biri ilə uzlaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq bacarığı;.
Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
Punktual və məsuliyyətli olması;
Komanda ilə işləmək bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
