Vakansiya haqqında
Əsas vəzifələr
Təkrarsığorta əməliyyatlarına nəzarəti həyata keçirmək;
Fakultativ və obliqator (məcburi) təkrarsığorta müqavilələrini təhlil etmək;
Biznes xətləri (line of business) üzrə risk faktorlarını qiymətləndirmək;
Şəxsi tutumun (retention) səviyyəsini yoxlamaq və nəzarətdə saxlamaq;
Təkrarsığorta üzrə qiymətqoyma (pricing) hesablamalarını aparmaq;
Böhran ssenariləri zamanı anderraytinq siyasətinə uyğun olaraq alınması gözlənilən maksimum təkrarsığorta təminatı məbləğlərini təhlil etmək;
Aparılan təhlillərin nəticələri üzrə arayışlar, rəylər və analitik materiallar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Aktuari nəzarəti sahəsində normativ hüquqi aktların, metodiki göstərişlərin və daxili qaydaların layihələrinin hazırlanmasında iştirak etmək;
Müqavilə şərtlərinin daxili prosedurlara və tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq.
Tələblər
Fakultativ (facultative) və obliqator (treaty) təkrarsığorta müqavilələrinin növləri, strukturu və fərqləri üzrə dərin biliklər;
Proporsional (Quota Share, Surplus) və qeyri-proporsional (Excess of Loss, Stop Loss) müqavilələr üzrə biliklər;
Şəxsi tutum (retention), sedent (cedent) və təkrarsığortaçı (reinsurer) münasibətlərinin mexanizmini anlamaq;
Priority, limit, layer, reinstatement kimi əsas anlayışlar üzrə praktiki biliklər;
Risk qiymətləndirmə, anderraytinq siyasəti və risk qəbulu limitləri haqqında biliklər;
Risk aqreqasiyası, akkumulyasiya və maksimum ola biləcək itki (PML/MPL) anlayışlarının tətbiqi;
Sığorta və aktuari fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
Aktuari hesablamalarının metodologiyası və texniki ehtiyatların hesablanması üsulları;
MS Excel proqramında yüksək səviyyəli iş bacarığı (analitik funksiyalar, modelləşdirmə);
Güclü analitik və problem həll etmə bacarıqları, detallara diqqət;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Aktuar elmləri, Sığorta və ya əlaqəli sahələr);
Sığorta, təkrarsığorta, maliyyə nəzarəti və ya risk idarəçiliyi sahəsində minimum 4 il iş təcrübəsi;
Aktuari, maliyyə və ya risk sahəsi üzrə müvafiq peşəkar sertifikatlar arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
