Vakansiya haqqında
Əsas vəzifələr
Proqramla idarə olunan dəzgahları idarə etmək;
Xüsusən mürəkkəb və məsul çoxlu keçidləri olan detalların yerdəyişməsini və kombinasiyalı bərkitməni tələb edən detalların 6-7-ci kvalitetlər ( 1-2-ci dəqiqlik dərəcələri ) üzrə emalı prosesini aparmaq;
Sazlanmadan sonra nümunəlik detalları emal etmək;
Emal edilmiş hissələrin cizgiyə əsasən ölçülərini izləmək;
Alətlərin dəzgahda düzgün qurasdırılması, istifadədən əvvəl və emal bitdikdən sonra bərkidici hissələri yoxlamaq;
Proqramda emal zamanı alınan ölçü xətalarına düzəliş etmək;
Rəqəmsal dəzgahın işlədiyi müddətdə dəzgahdan aralanmamaq və emal proqramının tam bitməsini gözləmək;
Əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarının öyrənilməsi və struktur bölmənin işində tətbiq edilməsidə iştirak etmək;
İş yerini işə hazırlamaq və işin sonunda yığışdırmaq;
Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarının icra etmək;
İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək;
Tələblər
Təhsil:Orta ixtisas təhsil
İxtisas:Müvafiq sahə üzrə
Staj:Ştaj tələbi yoxdur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
