Vakansiya haqqında
Əsas vəzifələr
Bankın Android mobil tətbiqinin yeni funksionallıqlarının hazırlanmasında iştirak etmək;
Mövcud mobil tətbiqin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək;
Mobil tətbiq üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək;
Mövcud tətbiqin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək;
Tətbiqdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq;
Tətbiqin buraxılış prosesində və buraxılışdan sonrakı monitorinqində iştirak etmək.
Tələblər
Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);
Kotlin proqramlaşdırma dili üzrə minimum 2 il praktiki təcrübə;
Jetpack Compose ilə işləmə təcrübəsi;
MVVM arxitekturası və layer bölgüsü prinsipləri barədə bilik;
REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə (Retrofit / OkHttp);
Kotlin Coroutines və Flow ilə asinxron proseslərin idarə edilməsi bacarığı;
Dependency injection (Hilt və ya Dagger) ilə işləmə təcrübəsi;
Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi;
Gradle ilə işləmə təcrübəsi;
Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı;
Google Play Console ilə işləmə təcrübəsi;
Error tracking və crash monitorinq sistemləri ilə işləmə təcrübəsi (Firebase Crashlytics və s.);
Komanda ilə işləmək və kiçik təcrübəli əməkdaşlara dəstək göstərmək bacarığı;
Bank və ya fintex sahəsində iş təcrübəsi, CI/CD prosesləri ilə tanışlıq və Üçüncü tərəf SDK inteqrasiyaları üzrə təcrübə (ödəniş sistemləri, elektron imza, identifikasiya həlləri) üstünlük sayılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
