Vakansiya haqqında
Əsas vəzifələr
İstifadəçi təcrübəsi, performans və offline funksionallığa fokuslanaraq Android mobil tətbiqlərini hazırlamaq və dəstəkləmək;
Senior mühəndislərin dəstəyi ilə orta mürəkkəblikdə olan funksionallıqları hazırlanma mərhələsindən release mərhələsinə qədər çatdırmaq;
Mövcud tətbiq arxitekturasına riayət etmək və texniki qərarların qəbul edilməsinə töhfə vermək;
Təmiz, dəstəklənə bilən və test edilə bilən kod yazmaq;
Code review prosesində iştirak etmək və müvafiq texniki sənədləşdirməni aparmaq;
Crash-ləri, performans problemlərini və production mühitində yaranan xətaları araşdırmaq və həll etmək;
Tətbiqin release və CI/CD proseslərində iştirak etmək;
Məhsul, dizayn, QA, backend və digər mühəndislik komandaları ilə əməkdaşlıq etmək;
Junior mühəndislərə dəstək olmaq və komanda daxilində bilik mübadiləsində iştirak etmək;
Verilmiş tapşırıqları şirkətin siyasət, prosedur və təlimatlarına, həmçinin rəhbərliyin göstərişlərinə uyğun şəkildə yerinə yetirmək.
Tələblər
Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Riyaziyyat və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
Mobile mühəndisliyi sahəsində 3+ il təcrübə;
Kotlin və Jetpack Compose istifadə edərək Android development üzrə güclü təcrübə;
Coroutines, Flow, Hilt və ya Dagger və Jetpack kitabxanaları ilə təcrübə;
MVVM və ya MVI, Clean Architecture, Dependency Injection və Repository Pattern üzrə yaxşı bilik;
SOLID prinsipləri, design pattern-lər və clean code prinsipləri üzrə anlayış;
Retrofit, Ktor və ya OkHttp istifadə edərək REST API inteqrasiyası üzrə təcrübə;
Room, SQLite və ya DataStore ilə təcrübə və offline-first yanaşmaları üzrə anlayış;
JUnit, Mockito və ya MockK istifadə edərək unit testlər yazmaq təcrübəsi; UI testing üzrə təcrübə üstünlükdür;
Android tətbiqlərinin performansının, yaddaş və batareya istifadəsinin, həmçinin şəbəkə performansının optimallaşdırılması üzrə anlayış;
Firebase Crashlytics, Analytics, push notifications və background tasks ilə təcrübə;
Git, Gradle, CI/CD, tətbiqin imzalanması (app signing) və Google Play release prosesi üzrə məlumatlılıq;
Güclü problem həll etmə, kommunikasiya və komanda ilə işləmə bacarıqları;
Azərbaycan dili — səlis; İngilis və Rus dili — üstünlükdür.
Kotlin Multiplatform, Flutter və ya React Native üzrə təcrübə üstünlükdür..
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
