Vakansiya haqqında
Əsas vəzifələr
Sakinləri və qonaqları peşəkar və nəzakətli şəkildə qarşılamaq
Qeydiyyat (check-in) və çıxış (check-out) proseslərini PMS sistemi vasitəsilə həyata keçirmək
Telefon, e-mail və ya şəxsən daxil olan sorğuları və xidmət tələblərini operativ və effektiv şəkildə cavablandırmaq
Qonaq qeydiyyatını, ziyarətçi jurnallarını və təhlükəsizlik prosedurlarını idarə etmək
Konsyerj, təmizlik, texniki xidmət və digər tərəfdaşlarla koordinasiya aparmaq
Hesablaşma, ödənişlərin qəbulu və ilkin maliyyə hesabatlarında iştirak etmək
Sakinlərin ehtiyaclarını qabaqcadan müəyyən etmək və fərdi həllər təqdim etmək
Obyektin brend standartlarını və lüks xidmət prinsiplərini daim qorumaq
Növbə təhvil-təslimlərini hazırlamaq və detallı qeydlər aparmaq
Tələblər
5 ulduzlu otel və ya lüks yaşayış obyektində front office və ya qonaq xidmətləri sahəsində minimum 1 il təcrübə
Opera, Fidelio və ya oxşar PMS sistemlərində işləmə bacarığı
Azərbaycan və ingilis dillərini sərbəst bilmək
Güclü ünsiyyət, təqdimat və konfliktlərin həlli bacarıqları
Səliqəli görünüşlü, enerjili və emosional intellekti yüksək komanda üzvü
Axşam saatları və həftə sonları daxil olmaqla çevik iş qrafikində işləmək bacarığı
Detallara yüksək diqqət və VIP sakinlərlə işləyərkən maksimum məxfilik
Xidmət və qonaqpərvərlik sahəsinə həqiqi maraq
Növbəli qrafiklə çalışmaq(səhər, günorta və gecə)
Xahiş edirəm axşam və gecə növbəsində işləməyə uyğun olan və ingilis dili biliyi çox yaxşı olan namizədlər müraciət etsin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
