Vakansiya haqqında
Əsas vəzifələr
İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş Qrafiki: Növbəli
İş yeri: İmişli ray., Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.
MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
