Vakansiya haqqında
Əsas vəzifələr
İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və qeydiyyatının aparılması;
ƏMAS portalı və 1C proqramı üzərindən müvafiq əməliyyatların həyata keçirilməsi;
Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, başqa işə keçirilməsinin, iş rejimində dəyişikliklərin, habelə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi;
İşçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ezamiyyət, məzuniyyət və digər hallarla bağlı əmrlərin hazırlanması, sistemə daxil edilməsi və qeydiyyatının aparılması;
Əmək münasibətləri üzrə digər sənədləşdirmə və inzibati əməliyyatların həyata keçirilməsi.
Tələblər
Ali təhsil (müvafiq və ya alternativ sahə);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Əmək qanunvericiliyi üzrə biliklər və qanunvericilik normalarını praktiki tətbiqetmə bacarığı;
ƏMAS portalından istifadə üzrə praktiki biliklər;
1C proqramında işləmək bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
İngilis dili üzrə biliklər arzuolunandır;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli, dəqiq və operativ olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
