Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

“SEDAM” MMC

Müşahidəçi

ƏlətMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Təhkim olunmuş ərazi üzrə su və su təsərrüfatı obyektlərində planlı monitorinqlərin keçirilməsi; Hidroloji və hidrogeoloji müşahidə məntəqələrinin vəziyyətinə nəzarət edilməsi və ərazinin təmizliyinin təmin olunması Su mənbələrindən (çay, göl, dəniz və.s) su nümunələrinin götürülməsi və su səviyyəsinin ölçülməsi; Aşkar olunmuş nöqsanların, qanunsuz fəaliyyətlərin və ya su və su təsərrüfatı obyektlərində baş vermiş qəza hallarının qeydə alınması, koordinat və fotoşəkillərin MEİS proqramına daxil edilməsi; Sel və daşqın dövrlərində operativ məlumatların toplanaraq aidiyyəti üzrə ötürülməsi; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Tam orta təhsil, (sahə üzrə ali təhsil arzuolunandır); MS Office proqramlarından istifadə bacarığı; Sahə şəraitində məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı; Şəxsi minik avtomobilinin olması arzuolunandır; İş təcrübəsi olanlara üstünlük verilir. İş qrafiki: 5 günlük, 09:00-18:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.