Vakansiya haqqında
Əsas vəzifələr
Xarici təchizatçıların araşdırılması və seçilməsi;
Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli qiymətləndirilməsi;
Xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması və müqavilə şərtlərinin icrasının izlənilməsi;
Təchizatçılarla yazışmaların və işgüzar kommunikasiyanın aparılması;
Çatdırılma və logistika proseslərinin izlənilməsi;
Satınalma xərclərinin optimallaşdırılması və bazar qiymətlərinin araşdırılması.
Tələblər
Xarici satınalma, beynəlxalq təchizat və ya procurement sahəsində iş təcrübəsi;
Xarici təchizatçılarla iş və işgüzar yazışma təcrübəsi;
Qiymət təkliflərini və kommersiya şərtlərini analiz etmək bacarığı;
Sifarişlərin, müqavilələrin və ödənişlərin koordinasiyası üzrə diqqətli və məsuliyyətli yanaşma;
İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Logistika və gömrük prosesləri haqqında anlayış üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
