Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Norm

Layihə inşaat mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək; Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək; Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək; Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq; Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək; Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək; Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək; Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq; Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək; Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək; Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək; Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq; Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək. Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil; Müvafiq sahədə 2–3 il iş təcrübəsi; Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür; Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Tikinti norma və standartları üzrə biliklər; Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları; Yaxşı səviyyədə ingilis dili biliyi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.