Vakansiya haqqında
Əsas vəzifələr
Cəmiyyətin məhkəmələrdə, mediasiya və icra proseslərində hüquqi maraqlarını müdafiə etmək, müvafiq prosessual sənədlərin hazırlanmasını təmin etmək;
Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə şirkətin hüquqi maraqlarının müdafiəsini təmin etmək;
Məhkəmə qərarlarını təhlil etmək, məhkəmə mübahisələrinə səbəb olan halları araşdırmaq və aradan qaldırılması üçün təkliflər vermək;
Məhkəmə təcrübəsinə əsasən Cəmiyyətin daxili proseslərinin, məhsul və xidmətlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
Məhkəmə və icra işlərinin qeydiyyatını aparmaq və dövri hesabatlılığı təmin etmək;
Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırmasına dair rəy verilməsini təmin etmək;
Şöbənin fəaliyyətinə aid məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavab hazırlanmasını təmin etmək.
Tələblər
Mülki, mülki-prosessual, sığorta, inzibati və vergi qanunvericiliyi üzrə dərin biliklər;
Güclü liderlik, strateji düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Böhran vəziyyətlərində və məhdud zaman çərçivəsində əsaslandırılmış qərarlar qəbul etmə bacarığı;
Mürəkkəb və yüksək riskli məhkəmə işləri üzrə effektiv qərarvermə;
Yüksək səviyyədə ünsiyyət, təsiretmə və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
Nəticəyönümlülük, təşəbbüskarlıq, yüksək məsuliyyət və məxfilik prinsiplərinə sadiqlik;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində peşəkar yazı və ünsiyyət bacarıqları.
Ali hüquq təhsili;
Hüquq sahəsində (xüsusilə məhkəmə təmsilçiliyi üzrə) ən azı 3 il iş təcrübəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
