Vakansiya haqqında
Əsas vəzifələr
İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək;
Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək;
Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək;
Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək;
İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək;
Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək;
Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi;
İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə;
Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə;
Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik;
MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı;
Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış;
ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır;
Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları;
Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı;
Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı;
Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
