Vakansiya haqqında
Əsas vəzifələr
NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
İnformasiya təhlükəsizliyi siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
Təhlükəsizlik alətlərindən gələn bildirişlərə cavab vermək, risklərlə bağlı analiz aparmaq, onların təsir dairəsini müəyyənləşdirmək və aradan qaldırma addımlarını təyin etmək;
Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması;
EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi;
SIEM və XDR sistemləri üçün real zamanlı təhdidləri aşkarlayan analitik qaydaların (detection rules) hazırlanması, test edilməsi və tətbiqi;
Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası;
İnsidentlər, tapıntılar və tövsiyələr üzrə ətraflı hesabatların hazırlanması, texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması.
Tələblər
E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, ELK, SOAR) ilə iş təcrübəsi;
Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
Təhsil səviyyəsi:Bakalavr
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və informasiya texnologiyaları üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür)
Qeyd edilən sertifikatlardan birinin və ya bir neçəsinin olması üstünlükdür: CompTIA Security+, BTL, CCD, OSDA, OSTH, OSIR
Müvafiq sahə üzrə təcrübə:1-3
İngilis dili bilik səviyyəsi:Orta-üst səviyyə
Peşəkar ekspertiza, Hərəkətə meyllilik, Məsuliyyət və hesabatlılıq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
