Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (Kibersimulyasiya üzrə)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi, koordinasiyası və əvvəldən sona icrasının təmin edilməsi; Korporativ şəbəkə infrastrukturu (firewall, VPN, seqmentasiya), veb tətbiqlər, daxili sistemlər və Active Directory domenləri üzrə kompleks təhlükəsizlik testlərinin həyata keçirilməsi; MITRE ATT&CK çərçivəsinə uyğun real APT qruplarının TTP-lərinə əsaslanan hücum ssenarilərinin (Initial Access, Execution, Persistence, Privilege Escalation, Lateral Movement, Exfiltration) hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi; Red Team əməliyyatları üzrə texniki metodologiyaların, sənədlərin və test çərçivələrinin formalaşdırılması və standartlaşdırılması; Aşkarlanmış zəifliklərin CVSS skorlarına, istismar edilmə ehtimalına və biznes kontekstinə əsasən risk qiymətləndirilməsi; rəhbərlik səviyyəsində texniki hesabatların hazırlanıb təqdim olunması; Blue Team/SOC/DFIR komandaları ilə təşəbbüslərin idarə olunması, aşkarlanma qaydalarının test edilməsi, SIEM xəbərdarlıqlarının əhatəsinin yoxlanılması və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi; Red Team alətlərinin (Cobalt Strike, Mythic, Sliver, Havoc və s.) konfiqurasiyası, avtomatlaşdırma skriptlərinin yazılması və hesabatlılıq standartlarının təkmilləşdirilməsi; Təşkilatın hücum səthinin davamlı monitorinqi, yeni hücum vektorlarının araşdırılması və 0-day/N-day zəifliklərinin qiymətləndirilməsi; Sosial mühəndislik və fişinq simulyasiyalarının planlaşdırılması, icrası və nəticələrinin analiz edilərək təşkilatın insan faktoruna qarşı dayanıqlılığının qiymətləndirilməsi. Tələblər Şəbəkə təhlükəsizliyi: TCP/IP, DNS, DHCP, 802.1X, VLAN seqmentasiya, şəbəkə mühafizə divarının (firewall) keçilməsi, IDS/IPS-dən yayınma; Active Directory: Kerberoasting, AS-REP Roasting, DCSync, Golden/Silver Ticket, NTLM Relay, ACL-dən sui-istifadə, GPO istismarı, ADCS hücum vektorları; Veb tətbiq təhlükəsizliyi: OWASP Top 10, SSRF, IDOR, XXE, deserializasiya, JWT manipulyasiyası, OAuth/OIDC-nin keçilməsi, GraphQL introspeksiyası; Linux və Windows: imtiyazların artırılması, istismardan sonrakı mərhələ, sistemdə davamlı qalma mexanizmləri; MITRE ATT&CK çərçivəsi üzrə dərin bilik və TTP xəritələndirmə bacarığı; Skript yazma/proqramlaşdırma: Python, PowerShell, Bash, C/C#; Simsiz şəbəkə təhlükəsizliyi, IoT və ya OT/SCADA təhlükəsizliyi üzrə bilik üstünlükdür; Detallı texniki hesabatların hazırlanması və rəhbərlik, texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı Təhsil səviyyəsi:Bakalavr İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və informasiya texnologiyaları üzrə bakalavr təhsili (Magistr dərəcəsi üstünlükdür) Qeyd edilən sertifikatlardan birinin və ya bir neçəsinin olması üstünlükdür: eWPTX, CRTO, OSCP, OSWE və s. Müvafiq sahə üzrə təcrübə:1-3 İngilis dili bilik səviyyəsi: Orta-üst səviyyə

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.