Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azerconnect

Head of Security Operations Center

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr TƏM komandasını formalaşdırmaq, idarə etmək və inkişaf etdirmək, komanda daxilində rol, öhdəlik və məsuliyyətlərin aydın müəyyən edilməsini təmin etmək; Təşkilatın kibertəhlükəsizlik məqsədləri və risk profili ilə uyğunlaşdırılmış TƏM strategiyasını və yol xəritəsini müəyyən etmək və həyata keçirmək; Təhlükəsizlik Əməliyyatları Mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, resursların, iş yükünün və öhdəliklərin effektiv bölüşdürülməsini təmin etmək; TƏM üzrə tələb olunan monitorinq əhatəsini, növbə planlaşdırılmasını, əməliyyat davamlılığını və kritik funksiyaların əlçatanlığını təmin etmək; Kibertəhlükəsizlik insidentlərinin vaxtında aşkarlanmasını, ilkin qiymətləndirilməsini,araşdırılmasını, məhdudlaşdırılmasını, aradan qaldırılmasını, bərpa və eskalasiya edilməsini təmin etmək; Kritik kibertəhlükəsizlik insidentlərinə cavab prosesinə rəhbərlik etmək, aidiyyəti tərəflərlə böhran eskalasiyası və kommunikasiya prosesini koordinasiya etmək; İnsidentlərdən sonra təhlillərin aparılmasını, əldə edilmiş nəticələrin, əsas səbəblərin, aşkarlama boşluqlarının və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin sənədləşdirilməsini və tamamlanmasını təmin etmək; TƏM proseslərini, standart əməliyyat prosedurlarını, insidentlərə cavab playbook-larını və eskalasiya matrislərini hazırlamaq, təsdiq etmək, aktual saxlamaq və mütəmadi sınaqdan keçirmək; TƏM üzrə KPI-ları, xidmət səviyyələrini və əməliyyat göstəricilərini müəyyən etmək, izləmək və davamlı təkmilləşdirmək; TƏM texnologiyalarının qiymətləndirilməsi, arxitekturası, tətbiqi, inteqrasiyası, istismarı, optimallaşdırılması, yenilənməsi və dəstəyi daxil olmaqla həyat dövrünü idarə etmək; SIEM, XDR/EDR, SOAR, NDR, təhdid kəşfiyyatı, insidentlərin idarə olunması və digər aidiyyəti təhlükəsizlik texnologiyalarının effektiv inteqrasiyasını və əlaqəli fəaliyyətini təmin etmək; Aşkarlama mühəndisliyi, aşkarlama ssenarilərinin hazırlanması, optimallaşdırılması, sınaqdan keçirilməsi və həyat dövrünün idarə olunması vasitəsilə aşkarlama imkanlarının davamlı təkmilləşdirilməsini təmin etmək; Tələb edilən aktivlərin, sistemlərin, tətbiqlərin, bulud mühitlərinin və təhlükəsizlik baxımından əhəmiyyətli loq mənbələrinin lazımi səviyyədə monitorinq edilməsini təmin etmək; Təhdidlərin proaktiv aşkarlanması fəaliyyətlərinə rəhbərlik etmək, aşkar edilmiş təhdidlərin, şübhəli davranışların və aşkarlama boşluqlarının müvafiq qaydada araşdırılmasını və aradan qaldırılmasını təmin etmək; Təkrarlanan TƏM fəaliyyətlərinin avtomatlaşdırılması imkanlarını müəyyən etmək, insidentlərin aşkarlanması və cavablandırılmasının sürətini, ardıcıllığını və keyfiyyətini artırmaq; TƏM fəaliyyətlərinin tətbiq olunan tənzimləyici tələblərə, daxili siyasətlərə, müqavilə öhdəliklərinə və qəbul edilmiş sənaye standartları və çərçivələrinə uyğunluğunu təmin etmək; Üçüncü tərəf provayderləri, MSSP-lər və xarici təhlükə kəşfiyyatı təminatçıları ilə əlaqələrin idarə olunmasını və koordinasiyasını təmin etmək; Kiber hücum, Kiber müdafiə, İT, Şəbəkə və digər komandalarla koordinasiyanı təmin etmək. Bölmənin büdcə planlaşdırılmasını aparmaq; TƏM əməkdaşlarının işə qəbulunu, adaptasiyasını, təlim ehtiyacalarını, performansının idarə olunmasını, davamçıların hazırlanmasını və peşəkar inkişafını idarə etmək; İnsidentlər, təhdidlər, tendensiyalar, TƏM-in fəaliyyəti, əsas risklər və tələb olunan qərarlar barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; TƏM fəaliyyəti ilə bağlı audit tapıntılarını, risklərin azaldılması üzrə tədbirləri, tənzimləyici tələblərini və rəhbərlik qarşısında öhdəliklərini izləmək, onların vaxtında tamamlanmasını təmin etmək; Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək; Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək; Şirkətə aid məlumatların məxfiliyini təmin etmək. Tələblər İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri sahəsi üzrə minimum Bakalavr və ya Magistr təhsili olması üstünlükdür; Kibertəhlükəsizlik sahəsində minimum 7 il, o cümlədən Təhlükəsizlik Əməliyyatları Mərkəzi (TƏM) üzrə minimum 3 il iş təcrübəsi; İnsidentlərə cavab və rəqəmsal kriminalistika; Aşkarlama mühəndisliyi və təhlükəsizlik üzrə monitorinq ssenarilərinin hazırlanması; Təhdidlərin proaktiv axtarışı və aşkarlanması; Zərərli proqramların təhlili üzrə əsas biliklər; SIEM, XDR/EDR, SOAR, NDR və təhdid kəşfiyyatı texnologiyaları; Şəbəkə, son istifadəçi cihazları, identiklik, bulud və elektron poçt təhlükəsizliyi monitorinqi; MITRE ATT&CK çərçivəsi və Cyber Kill Chain metodologiyası; TƏM metrikləri, SLA-lar, performansın monitorinqi və hesabatlılıq; Kibertəhlükəsizlik risklərinin idarə olunması; Təhlükəsizlik idarəetməsi və uyğunluq; Təchizatçıların və MSSP-lərin idarə olunması; İnformasiya Təhlükəsizliyi sahəsində CISSP, CISM, GIAC kimi beynəlxalq sertifikatlar arzu olunandır; Azərbaycan dilini sərbəst, ingilis dilini ən azı Upper-Intermediate səviyyədə bilmək; MS Office proqramları ilə işləməyi bacarmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.