Vakansiya haqqında
Əsas vəzifələr
CNC torna, CNC frezer, universal torna, universal freze, səviyyələndirmə və yığma, deşik açma, daşlama, iti kəsmə, sıva, istilik emalı və kəsim prosesləri üzrə iş təcrübəsi;
Müvafiq texnoloji və istehsal sənədlərinə uyğun olaraq işləri tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı;
İstehsalat proseslərində istifadə olunan alət, avadanlıq, ölçü cihazı və qəliblərdən təyinatına uyğun və təhlükəsiz istifadə etmək bacarığı;
İstehsal sənədlərinin düzgün doldurulması və emalatxana sənədlərinin nizamlı şəkildə aparılması üzrə bacarıq;
İstehsalat avadanlıqlarının gündəlik texniki xidmətini yerinə yetirmək və müvafiq texniki xidmət sənədlərini vaxtında doldurmaq bacarığı;
İş yerində təmizlik və nizam-intizam qaydalarına riayət etmək;
Görülən işlərə uyğun olaraq gündəlik əmək vaxtı cədvəllərini düzgün və vaxtında doldurmaq;
Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi qaydalarına riayət etmək
Tələblər
Mexanika, Maşınqayırma, Mexaniki emal texnologiyası üzrə ali təhsil;
İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
Texnoloji proseslərə və istehsal intizamına riayət etmək bacarığı;
Texniki sənədlərlə işləmək və təlimatları düzgün tətbiq etmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və yüksək intizamlı iş yanaşması;
Komandada işləmək və operativ qərar vermək bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
