Vakansiya haqqında
Əsas vəzifələr
İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatlarının hesablanması;
Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması;
İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması;
Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması;
Əməkhaqqından tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması;
Əməkhaqqı üzrə mühasibat yazılışlarının aparılması;
İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafiq arayışların hazırlanması;
Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;
İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması;
Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlanmasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
İşə qəbul, vəzifə dəyişikliyi, əməkhaqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması;
Məhkəmə qərarları əsasında əməkhaqqından tutulmalı borcların hesablanması, tutulması və ödənişinin təmin edilməsi;
Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
Əmək qanunvericiliyi və vergi qaydalarında əməkhaqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi;
Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi;
Payroll məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması;
Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Payroll, əməkhaqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Əməkhaqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə;
Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər;
İş vaxtı, tabel, məzuniyyət, xəstəlik və digər əmək ödənişlərinin hesablanması üzrə təcrübə;
Vahid bəyannamə və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanması haqqında məlumatlılıq;
Mühasibat proqramları ilə işləmə təcrübəsi;
Əməkhaqqı üzrə vergi və digər məcburi tutulmaların hesablanması üzrə praktiki biliklər.
MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
Payroll və əməkhaqqı hesablamaları üzrə güclü praktiki biliklər;
Əmək qanunvericiliyi və vergi tələblərini tətbiq etmək bacarığı;
Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
Yüksək diqqətlilik və detallara önəm vermə;
Məsuliyyətlilik və dəqiqlik;
Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
Vaxtın düzgün idarə edilməsi və işlərin vaxtında icra olunması;
Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
Azərbaycan dilini ana dili səviyyəsində bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.
İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
