Vakansiya haqqında
Əsas vəzifələr
Müqayisəli satış və bazar payı hesabatlarının yoxlanılması;
Yeni xammalların demo göstərilərək istehsalçılar tərəfindən istifadəsinə dəstək verilməsi.
Sektordakı xammal hərəkətlərinin araşdırılması, istehsalçıların istəyinə uyğun xammal tələbini aidiyyatı şöbə ilə paylaşaraq dəstək olunması.
Yeni tanıdılan xammalların satışlarını izləyərək və statistikasını apararaq üst rəhbərə hesabat verilməsi.
İstehsal nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həlli üçün təkliflərin edilməsi.
Xammal şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasının təmin edilməsi.
Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabətin yaxından izlənilməsi, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və aidiyyatı şöbələr ilə görüşülərək tədbirlər görülməsi.
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., Sun Food MMC Baş ofis
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
Ali təhsil (Qida mühəndisliyi ixtisası üstünlükdür).
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
B kateqoriyalı sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq
İngilis və rus dili bilikləri üstünlükdür.
Güclü ünsiyyət, satış, analitik düşünmə, inandırmaq və komanda ilə işləmək bacarıqları
Çalışacağı iş yerləri və öhdəlikləri nəzərə alaraq Xanım namizədlər tələb olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
