Vakansiya haqqında
Əsas vəzifələr
Qaz təchizatı layihələrinin hazırlanmasını, layihələndirilməsini və koordinasiyasını təmin etmək.
Qaz təchizatı layihələrinin sxemlərini, situasiya planlarını və icra qrafiklərini hazırlamaq.
Layihələrin icrasına, keyfiyyətinə və normativ tələblərə uyğunluğuna texniki nəzarət etmək.
Layihələrin icrası zamanı texniki dəstək göstərmək, texniki ekspertiza aparmaq və hesabatlar hazırlamaq.
Layihə sənədlərinin uçotunu, arxivləşdirilməsini və sənədləşdirilməsini təmin etmək.
GİS məlumatlarını emal etmək, rəqəmsal məlumat bazalarını yeniləmək və tikinti işlərini GİS sistemində əks etdirmək.
Tikinti və əsaslı təmir işlərinin monitorinqini aparmaq, ilkin vəziyyəti sənədləşdirmək və hesabatlılığı təmin etmək.
Yeni tikilən və yenidən qurulan obyektlər üzrə tras və torpaq ayrılması ilə bağlı razılaşdırmaları aparmaq, zərurət olduqda aidiyyəti üzrə vəsatət qaldırmaq.
Vəzifə fəaliyyəti ilə bağlı müraciət və məktubları cavablandırmaq.
Komissiyaların işində iştirak etmək, peşə biliklərini inkişaf etdirmək və əməyin mühafizəsi, təhlükəsizlik texnikası tələblərinə riayət etmək.
Tələblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
Qaz xətlərinin sxemlərinin oxunmasını;
"Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı.
Müvafiq sahə üzrə bakalavr təhsilli və müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
Dürüstlük
Etik davranış
Məsuliyyət
Nizam-intizam
Şifahi özünü ifadə
MS ofis proqramları (Excel, Word, PowerPoint)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
