Vakansiya haqqında
Əsas vəzifələr
MES/MOM tətbiqləri üçün backend servis, API, biznes məntiqi və verilənlər bazası ilə bağlı funksionallıqları hazırlamaq;
C#, .NET, Java və ya digər uyğun backend texnologiyalarından istifadə edərək keyfiyyətli, oxunaqlı, təhlükəsiz və dəstəklənə bilən kod yazmaq;.
REST/SOAP API-lərin hazırlanması, test edilməsi, sənədləşdirilməsi və istismara verilməsini həyata keçirmək;
Əməliyyat texnologiyaları sistemləri, MES/MOM tətbiqləri, historian, ERP, LIMS, reporting və digər əlaqəli sistemlər arasında inteqrasiya proseslərində iştirak etmək;
İnteqrasiya platforması və interfeys tələblərini analiz etmək, data mapping və texniki inteqrasiya qaydalarını sənədləşdirmək;
SQL və/və ya NoSQL verilənlər bazalarında cədvəl, view, query, stored procedure və digər obyektlərin hazırlanmasını təmin etmək;
İstehsal, texniki xidmət, proses, planlaşdırma, SƏTƏM və digər bölmələr üçün tələb olunan hesabatların hazırlanmasına texniki dəstək vermək;
Reporting alətləri üçün məlumat mənbələri, SQL sorğuları və backend data strukturlarını hazırlamaq;
Hazırlanan funksionallıqlar üçün unit test, integration test və API test proseslərində iştirak etmək;
Hazırlanan tətbiqlər və dəyişikliklər üzrə texniki sənədlər, istifadəçi qaydaları, release note və deployment qeydlərinin hazırlanmasında iştirak etmək;
Tətbiqlərin deployment, release və istismara təhvil verilməsi proseslərində texniki dəstək göstərmək;
Application logging, error handling və monitoring mexanizmlərinin tətbiqində iştirak etmək;
Git/source control, branching, code review və release idarəetməsi proseslərinə uyğun işləmək;
Jira, Confluence və digər iş idarəetmə alətlərindən istifadə edərək tapşırıqları, dəyişiklikləri və sənədləri izləmək;
SDLC prosesinə uyğun olaraq analiz, development, test, deployment və support fəaliyyətlərini yerinə yetirmək;
API təhlükəsizliyi, authentication, authorization və role-based access prinsiplərinə uyğun inkişaf işləri aparmaq;
Mövcud tətbiqlərdə dəyişiklik, optimizasiya və texniki təkmilləşdirmə işlərini yerinə yetirmək;
Şirkətin siyasətlərinə, prosedurlarına, etik qaydalarına, informasiya təhlükəsizliyi və OT mühitində tətbiq olunan qaydalara uyğun işləmək.
Tələblər
Ali təhsil (Kompüter mühəndisliyi,Kompüter elmləri);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Backend development — C#, .NET və ya Java üzrə iş təcrübəsi;
REST/SOAP API hazırlanması üzrə təcrübəyə sahib olmalı;
SQL / NoSQL verilənlər bazaları ilə işləmək bacarığı olmalı;
Script dilləri — JavaScript, Node.js və ya Python istifadə bacarığı olmalı;
DevOps / CI-CD proseslərinin əsaslarını bilməli;
Jira / Confluence ilə işləmək bacarığı olmalı;
API security — JWT, OAuth2, RBAC anlayışlarını bilməli;
Application logging və monitoring üzrə biliklərə sahib olmalı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
